Tramp "DeepSeek"dən danışdı: Qalib gələcəyik! Dünya

Tramp "DeepSeek"dən danışdı: Qalib gələcəyik!

“DeepSeek” çat-botu milli təhlükəsizliyə təhdid deyil.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, süni intellektin (AI) xərclərini azaldacaq texnologiyaların inkişafıdır.

"Bu, inkişaf edən bir texnologiyadır. Düşünürəm ki, biz qalib gələcəyik. Haqqında danışdığımız süni intellekt daha ucuz başa gələcək", - deyə dövlət başçısı bildirib.