Ərdoğana görə Özələ sərt reaksiya verdi Dünya

Ərdoğana görə Özələ sərt reaksiya verdi

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz CHP sədri Özgür Özəlin prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ rəhbərliyinin Qəzza xalqını deportasiya planına səssiz qalması ilə bağlı sözlərinə sərt reaksiya verib.

Xalqcebhesi.az Türkiyə mediasına istinadən xəbər verir ki, C.Yılmaz bir daha Ərdoğanın həyatı boyu Fələstin davasına güclü dəstəyinin millətə və bütün dünyaya bəlli olduğunu xatırladıb.

“Bunun ən böyük şahidi elə fələstinli qardaşlarımızdır. Bu açıq həqiqətə baxmayaraq, Fələstin məsələsi ilə bağlı qeyri-səmimi siyasi polemika aparanları əziz millətimizin ixtiyarına buraxırıq. Biz Türkiyə Cümhuriyyəti olaraq Qəzzada daimi atəşkəs, humanitar yardımların çatdırılması və 1967-ci il sərhədləri ilə müstəqil Fələstin dövlətinin qurulmasını hər şərtdə müdafiə edirik və müdafiə etməyə davam edəcəyik.”, - C.Yılmaz əlavə edib.