Şolts Trampı tənqid etdi: Qarşılıqsız dəstəklədik... Dünya

Şolts Trampı tənqid etdi: Qarşılıqsız dəstəklədik...

Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın Amerikanın Ukraynaya mineral ehtiyatları müqabilində hərbi yardımını davam etdirmək təklifini tənqid edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Redaktionsnetzwerk Deutschland" nəşrinə müsahibəsində deyib.

O xatırladıb ki, Rusiya 2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlara başlayanda Berlin əvəzində heç nə tələb etmədən Kiyevi dəstəkləyib.

Onun fikrincə, digər ölkələr də bunu etməlidir.