Papuaşvili Qərbi ikiüzlülükdə ittiham etdi Dünya

Papuaşvili Qərbi ikiüzlülükdə ittiham etdi

Təəccüblüdür ki, səhvləri etiraf etmək, zorakı hərəkətləri pisləmək və Avropa Demokratiyaya Yardım Fondunun maliyyəsini açıqlamaq əvəzinə Gürcüstana qarşı əsassız ittihamlar eşidirik.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşvili qeyd edib ki, özləri ATƏT/DTİHB-nin seçki hesabatını tanımayan qurumların Gürcüstan hakimiyyətini ATƏT/DTİHB-nin gələcək hesabatlarını öz qanunlarında nəzərə almağa çağırması ikiüzlülükdür.