Almaniyada ifrat sağçılara qarşı aksiya keçirildi Dünya

Almaniyada ifrat sağçılara qarşı aksiya keçirildi

Almaniyada ifrat sağçılara qarşı etiraz aksiyaları keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, ifrat sağa və Almaniya üçün Alternativ Partiyası (AfD) ilə əməkdaşlığa qarşı ötən həftə Berlində 160 min nəfərin iştirakı ilə keçirilən mitinqdən sonra bu dəfə Münhendə 200 min nəfərin qatıldığı etiraz nümayişi təşkil olunub. Mitinqdə müxtəliflik, insan ləyaqəti, həmrəylik və demokratiyaya dəstək, radikal sağa etiraz xarakterli şüarlar səsləndirilib.

Bənzər mitinqlər Hannoverdə də təşkil olunub.

Qeyd edək ki, CDU-nun ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifinin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə AfD-nin dəstəyi ilə qəbul edilməsi ölkədə genişmiqyaslı etirazlara səbəb olmuşdu.