!["Buna görə də vəhşitəbiətli çağırışlar edirlər" - ekspert](https://xalqcebhesi.az/media/2025/02/08/225x136/462575892_2903320746497590_3521318646138241389_n.jpg)
!["Buna görə də vəhşitəbiətli çağırışlar edirlər" - ekspert](https://xalqcebhesi.az/media/2025/02/08/225x136/462575892_2903320746497590_3521318646138241389_n.jpg)
7 Fevral 22:47
7 Fevral 22:40
7 Fevral 22:34
19:59
Rusiyanın paytaxtı Moskvada keçmiş Elektrikzavod binasında yanğın başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, yanğınsöndürənlər 40 nəfəri xilas ediblər.
Rusiya Fövqəladə Hallar Nazirliyi qeyd edib ki, binada hələ də insanlar qalıb.
***
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Moskvanın şərqində keçmiş Elektrozavodun binasında baş verən yanğın nəticəsində 8 nəfər xəsarət alıb.
90-dan çox insan xilas edilib, 120 nəfər öz gücü ilə təxliyə edilib.
Yanğın 5 mərtəbəli binanın bir neçə mərtəbəsini əhatə edir. Hadisə yerində 60-dan çox yanğınsöndürən və 16 ədəd texnika işləyir. İnsanları evakuasiya etmək üçün qaldırıcı mexanizmlərdən istifadə olunur.
İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.