!["Buna görə də vəhşitəbiətli çağırışlar edirlər" - ekspert](https://xalqcebhesi.az/media/2025/02/08/225x136/462575892_2903320746497590_3521318646138241389_n.jpg)
"Buna görə də vəhşitəbiətli çağırışlar edirlər" - ekspert
8 Fevral 14:03
8 Fevral 14:03
7 Fevral 22:47
7 Fevral 22:40
7 Fevral 22:34
Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və Fransa Prezidenti Emmanuel Makron Türkiyəyə "Meteor" hava-hava raketlərinin mümkün satışı ilə bağlı danışıqlar aparıb. Sözügedən raketlərin mümükün satışı Afinada narahatlıq yaradıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Bildirilib ki, onların görüşü AB-nin Brüsseldə keçirilən sammiti çərçivəsində baş tutub.
Miçotakis Türkiyə ilə MBDA Avropa Raket Konsorsiumu arasında Böyük Britaniyanın vasitəçiliyi ilə davam edən danışıqların təfərrüatını istəyib. Makron müzakirəni təsdiqləyib, lakin Türkiyə ilə yekun razılaşmanın əldə olunmadığını vurğulayıb. O qeyd edib ki, Türkiyə ilə razılaşmanı əvvəlcədən əldə edilmiş nəticə saymaq olmaz.
Qeyd olunur ki, bu məsələ Yunanıstanın Fransa ilə müdafiə əlaqələrini gücləndirilməsi fonunda diqqətini çəkib. 2021-ci ildən Afina hər biri "Meteor" raketləri ilə təchiz olunmuş 24 ədəd "Rafale" döyüş təyyarəsi alıb. Bundan əlavə, Yunanıstan Fransa istehsalı olan 3 ədəd FDI freqat sifariş edib və dördüncünün alınması üçün danışıqlar aparılır.
Miçotakis və Makron bazar ertəsi Parisdə süni intellekt sammiti üçün yenidən görüşəcək. Görüşün məqsədi son günlər "Meteor" raketləri və onların Türkiyəyə mümkün satışı ilə bağlı bütün xəbərlərə baxmayaraq, Yunanıstan-Fransa münasibətlərinin əla qaldığını göstərmək olacaq.