Atatürkün bu ölkədəki tək büstü oğurlandı Dünya

Atatürkün bu ölkədəki tək büstü oğurlandı

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün Fransadakı yeganə büstü Parisətrafı məhəllələrin birində naməlum şəxslər tərəfindən oğurlanıb.

Xalqcebhesi.az “CNN Türk” telekanalına istinadla xəbər verir ki, Trabzon Mühacirlər Cəmiyyətinin təşəbbüsü ilə cəmi 3,5 ay əvvəl qoyulmuş büstü Epinay-sur-Seine kommunasında naməlum şəxslər oğurlayıb.

Cəmiyyətin rəhbəri Bülənd Cümhur bildirib ki, müşahidə kameraları cinayət əməlinin yeddi iştirakçısını qeydə alıb.

B.Cümur oğurlanmış büstün yerinə tezliklə yenisinin qoyulacağına söz verib.

Bu arada, Türkiyənin Mersin şəhərinin Yenişəhər bələdiyyəsinin başçısı Abdulla Özigid yeni büstün Fransaya göndərilməsi üçün göstəriş verildiyini açıqlayıb.