Tramp Xanı da qara siyahıya saldı Dünya

Tramp Xanı da qara siyahıya saldı

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan ABŞ-ın quruma qarşı tətbiq etdiyi sanksiyaya məruz qalan ilk şəxs olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Röyters" mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Britaniya vətəndaşı olan Xanın adı Trampın bir gün əvvəl imzaladığı sərəncamın hələ dərc olunmamış əlavəsində yer alıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsini Amerika və onun ən yaxın müttəfiqləri, əsasən də İsraili təqib etməkdə ittiham edərək, ona qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Sənəddə bildirilir ki, amerikalılara və ya onların müttəfiqlərinə, habelə onların ailə üzvlərinə qarşı aparılan araşdırmalarda iştirak edən şəxslərə qarşı maliyyə və viza sanksiyaları tətbiq edilir.