HƏMAS-ı məhv edib, onları geri alacağıq - Netanyahu Dünya

HƏMAS-ı məhv edib, onları geri alacağıq - Netanyahu

HƏMAS-ı məhv edəcəyik və Qəzzada saxlanılan bütün girovları geri qaytaracağıq.

Xalqcebhesi.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, bütün girovların qaytarılması üçün tədbirlər görüləcək.

Qeyd edək ki, ötən gün Netanyahu Qətərə atəşkəs razılaşmasının müzakirəsi üçün nümayəndə heyəti göndərib.