Qəzzada dağıntılar altından daha 7 meyit çıxarıldı Dünya

Qəzzada dağıntılar altından daha 7 meyit çıxarıldı

Qəzza zolağında ölənlərin sayı 48 189 nəfərə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumatda bildirilib ki, Qəzza sektorunda dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb.

Son 24 saatda xəstəxanalara 2 yaralı çatdırılıb. Bununla da yaralananların sayı 111 640 nəfərə çatıb.