Rusiyanın nəhəng nüvə arsenalı var, biz isə... - ABŞ Dünya

Rusiyanın nəhəng nüvə arsenalı var, biz isə... - ABŞ

Vaşinqton diqqətini nüvə arsenalını və raketdən müdafiə sistemini modernləşdirməyə yönəltməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset “Fox Nyus” telekanalına bildirib.

"Rusiyanın nəhəng nüvə arsenalı var. Çin sürətlə özünün - ildən-ilə yüzlərlə yeni nüvə silahı yaradır. Biz quruda, dənizdə və havada nüvə triadamızı modernləşdirməliyik. Bu, həmçinin “Dəmir Günbəz” və ya “Qızıl Qübbə”yə də aiddir”, - deyə o qeyd edib.