Tramp Kanadanı işğal etmək istəyir? - Müşaviri açıqladı Dünya

Tramp Kanadanı işğal etmək istəyir? - Müşaviri açıqladı

ABŞ prezidenti Donald Trampın Kanadanı işğal etmək niyyəti yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts deyib.

"Mən Kanadanı işğal etmək üçün hər hansı planın olduğunu düşünmürəm. Lakin oradakı bir çox insan ABŞ-dakı vəziyyəti bəyənir və son 10 ildə liberal və mütərəqqi hökuməti və Kanadanın baş naziri Castin Trüdonu bəyənmir. Bir çox kanadalılar daha aşağı vergilərdən dolayı Birləşmiş Ştatlara qoşulmaq istəyirlər”, - deyə o bildirib.