İsrail ordusu bir ayda 7 fələstinli jurnalisti öldürüb Dünya

İsrail ordusu bir ayda 7 fələstinli jurnalisti öldürüb

İsrail ordusu son bir ayda Fələstin media nümayəndələrinə qarşı onlarla cinayət törədib və onlardan 7-ni öldürüb.

Bu barədə Fələstinin WAFA xəbər agentliyi Fələstin Jurnalistlər Birliyinə istinadən məlumat yayıb.

Bu ilin ilk ayı Qəzza zolağında və İordan çayının qərb sahilində Fələstin mediasına qarşı zorakılığın “təhlükəli və davamlı artmasını” gördü. Birliyin bəyanatında deyilir ki, işğalçı qüvvələr həqiqəti gizlətmək məqsədi ilə 7 jurnalisti qətlə yetiriblər. Təşkilat onu da qeyd edir ki, yanvar ayında jurnalistlərə qarşı çoxsaylı hücumlar, onların həbsi, peşə vəzifələrinin icrasına mane olmaq halları qeydə alınıb.

Cavid