"Mən Putinlə lazımi anda görüşəcəm” Dünya

"Mən Putinlə lazımi anda görüşəcəm”

Amerika prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putinlə uyğun məqamda görüşü mümkün hesab edir, həmçinin gələcəkdə onunla telefon danışıqlarına ümid edir. Tramp bunu bazar günü deyib.

“Düşünürəm ki, mən Putinlə lazımi anda görüşəcəm”, – Tramp Luizianaya gedərkən təyyarəsində jurnalistlərə deyib. 20 yanvar 2025-ci ildə andiçmə mərasimindən əvvəl və ya sonra Putinlə telefon danışığı olub-olmaması ilə bağlı suala Tramp belə cavab verib: "Və daha çox söhbətlərin olacağını gözləyirəm" deyib.

Ukraynadakı münaqişədən danışan Tramp vurğulayıb: "Biz bunu dayandırmalıyıq. Tezliklə dayandırmalıyıq".

Amma çoxlarının Putinlə müntəzəm olaraq telefonla danışdığına dair təsəvvürün necə olacağını soruşduqda, Tramp belə cavab verdi: "Onlar belə düşünə bilərlər. Bu, məntiqlidir. Mən bu barədə danışmaq istəmirəm. Əgər danışsaq, söhbətlər barədə sizə çox erkən demək istəmirəm. Amma düşünürəm ki, biz irəliləyiş əldə edirik".

Cavid