İstanbulda tekstil atelyesində yanğın baş verib Dünya

İstanbulda tekstil atelyesində yanğın baş verib

İstanbulun Bağcılar rayonunda 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki tekstil atelyesində yanğın baş verib. Alov qısa vaxtda bütün mərtəbəni bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər iki nöqtədən müdaxilə edərək yanğını söndürüblər. Tüstüdən təsirlənən iki nəfər ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.

Yanğından sonra iş yerində böyük dağıntılar meydana gəlib. Yanğının hansı səbəbdən baş verdiyi ilə bağlı araşdırma başlanılıb.