Gürcüstanda hər 3 uşaqdan biri yoxsulluq həddindən aşağı şəraitdə yaşayır Dünya

Gürcüstanda hər 3 uşaqdan biri yoxsulluq həddindən aşağı şəraitdə yaşayır

Gürcüstan mətbuatı xəbər verir ki, bu, Sosial Xidmət Agentliyi və Statistik Xidmətin məlumatları arasında öz əksini tapıb.

Belə ki, 2025-ci ilin yanvar ayına olan məlumata görə, ölkədə 16 yaşa qədər olan 249 min 854 nəfər sosial müavinət alır. Rəsmi statistikaya əsasən, Gürcüstanda bu yaş qrupunda ümumilikdə 803 min 347 uşaq var.

Sosial Xidmət Agentliyinin məlumatına görə, ən çox sosial yardım alan uşaq Tbilisidədir – 55 min 542 nəfər, ikinci sırada isə Kvemo Kartli bölgəsidir – 41 min 167.

Cavid