Rusiya XİN: Hüquq-mühafizə orqanlarımız ölkəmizə daxil olan əcnəbilərin milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hərəkət edir Dünya

Rusiya XİN: Hüquq-mühafizə orqanlarımız ölkəmizə daxil olan əcnəbilərin milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hərəkət edir

Moskva Mərkəzi Asiyadan olan həmkarlarının miqrasiya sahəsindəki problemlərə dair bütün müraciətlərinə baxır və Rusiya hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərə aydınlıq gətirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Biz ondan irəli gəlirik ki, tərəfdaşlarımız ilk növbədə həm miqrantların özlərinin, həm də Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etməyə yönəlmiş miqrasiya sahəsinin tənzimlənməsinə yanaşmalarımızı başa düşürlər. Biz də öz növbəmizdə bu sahədə yaranan problemlərlə bağlı həmkarlarımızın bütün müraciətlərini diqqətlə nəzərdən keçiririk", deyə rusiyalı diplomat vurğulayıb.

Qaluzin qeyd edib ki, Moskva Rusiya hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərlə bağlı “ətraflı izahat” verməyə çalışır: "Biz vurğulayırıq ki, hüquq-mühafizə orqanlarımız ölkəmizə daxil olan əcnəbilərin milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hərəkət edirlər".