![Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan](https://xalqcebhesi.az/media/2025/02/10/225x136/tramp-yeni.jpg)
Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan
10 Fevral 23:24
10 Fevral 23:24
10 Fevral 21:24
10 Fevral 21:24
10 Fevral 19:40
İtaliyada süni intellekt vasitəsilə müdafiə naziri Quido Krosettonun adından və səsindən istifadə olunaraq ölkənin aparıcı iş adamlarını hədəf alan dələduzluq edilib.
Xalqcebhesi.az xəbər verir ki, fırıldaqçılar nazirin səsini süni intellektlə təqlid edərək 10-dək iş adamını aldatmağa çalışıblar. Belə ki, bir generalın adından həmin iş adamlarına nazirliyin stasionar telefonundan zənglər edilib. Daha sonra nazirin adından istifadə olunaraq İranda və Suriyada saxlanılan jurnalistlərin azad edilməsi üçün vəsait toplandığı bildirilib, bu vəsaitin daha sonra Mərkəzi Bank vasitəsilə iş adamlarına geri qaytarılacağı bildirilib.
Müdafiə naziri Quido Krosetto məsələ ilə bağlı prokurorluğa şikayət edəcəyini bildirib və sosial media hesablarında onun adından istifadə edərək dələduzluq olunduğu barədə xəbərdarlıq yayıb.
Milan prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.