Ermənistan-Türkiyə sərhədinin açılması barədə rəsmi açıqlama Dünya

Ermənistan-Türkiyə sərhədinin açılması barədə rəsmi açıqlama

20:34

Ermənistanla Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi martın 1-də açıla bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Nyus.am” diplomatik mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, keçid məntəqəsini Ermənistanın Milli Təhlükəsizlik Xidməti mühafizə edəcək.

***

Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib edib.

Nazirliyin mətbuat katibi Ani Badalyan bildirib ki Marqara sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı heç bir irəliləyiş yoxdur.

Ermənistan tərəfi bu məsələ ilə bağlı yenilik olduğu təqdirdə məlumat verəcəklərini açıqlayıb.