![Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan](https://xalqcebhesi.az/media/2025/02/10/225x136/tramp-yeni.jpg)
Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan
10 Fevral 23:24
10 Fevral 23:24
10 Fevral 21:24
10 Fevral 21:24
10 Fevral 19:40
Yelisey sarayında Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətində məlumat yayıb.
Makron Paşinyanın Parisdə keçiriləcək Süni İntellekt Fəaliyyət Sammitində iştirak etmək üçün dəvəti qəbul etdiyinə görə minnətdarlığını bildirib. O, Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlığın davamlı inkişafının vacibliyini vurğulayıb.
Paşinyan da öz növbəsində qeyd edib ki, 2024-cü il Ermənistan-Fransa münasibətləri baxımından çox dinamik il olub.
Görüş zamanı Ermənistan və Fransa liderləri ikitərəfli əməkdaşlığın inkişafına dair bir sıra məsələləri, o cümlədən iqtisadiyyat, infrastruktur, yol tikintisi, enerji, təhsil, turizm və digər sektorlar üzrə birgə proqramların həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Ermənistan və Azərbaycan arasında sülh prosesinə, sərhədlərin delimitasiyası prosesində baş verən proseslərə, həmçinin “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində regional kommunikasiyaların blokunun açılmasına toxunulub.
Tərəflər Ermənistan-Avropa Birliyi əməkdaşlığının daha da inkişaf etdirilməsi perspektivləri, o cümlədən Ermənistanda demokratik islahatların gündəliyinin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.