![Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan](https://xalqcebhesi.az/media/2025/02/10/225x136/tramp-yeni.jpg)
Tramp Qafqazı güzəştə gedəcək, Zəngəzur açılacaq – Sərkisyan
10 Fevral 23:24
10 Fevral 23:24
10 Fevral 21:24
10 Fevral 21:24
10 Fevral 19:40
Ukraynanın ABŞ-ın 52-ci ştatı olması təklif edilib.
Xalqcebhesi.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Maryana Bezuqla Teleqram kanalında yazıb.
“Bəlkə 52-ci ştat olaq? Rusiya Federasiyası ilə tam qonşu…” - deyə o qeyd edib.
Bezuqla bu sözlərlə ABŞ Prezidenti Donald Trampın Kanadanın 51-ci ştat kimi ABŞ-a birləşdirilməsi təklifinə reaksiya verib.
Xatırladaq ki, Tramp dəfələrlə Kanada və Qrenlandiyanı ABŞ-a birləşdirmək istədiyini bəyan edib. Ağ Ev rəhbəri Panama kanalını da ABŞ-ın nəzarətinə qaytarmaq niyyətindədir.