Ərdoğandan önəmli mesajlar Dünya

Ərdoğandan önəmli mesajlar

Xalqcəbhəsi.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın Baş naziri Ənvər İbrahimlə birgə mətbuat konfransı keçirib.

Ərdoğanın çıxışından diqqət çəkən məqamlar olub. O vurğulayıb ki, türk və malay xalqları arasındakı dostluq əsrlər əvvələ gedib çıxır: “Biz bu qədim, ortaq tarixdən güc alırıq və əcdadlarımızın yolu ilə gedirik. Bugünkü görüşlərimizdə əlaqələrimizi gücləndirəcək addımları dəyərləndirdik. Sizin hüzurunuzda 11 müqavilə imzaladıq”.

Ə.İbrahim isə açıqlamasında bildirib ki, bu uzun bir yoldur: “Biz bunu cənab prezident Ərdoğanla da müzakirə etdik. Biz hazırkı ticarət həcmini 10 milyard dollara çatdırmaqdan danışdıq. Müdafiə ekosistemi ilə bağlı qarşılıqlı razılıq əldə olundu. Hökumətiniz bizi buna əmin etdi. Hava limanları ilə bağlı qurumumuzun Sabihədəki fəaliyyətinə davam edəcəyini söylədiniz. Baxdığımız zaman Türkiyə aviasiyada dünya səviyyəsində parlaq bir səviyyəyə çatıb. Türkiyə örnək təşkil edir. Sizin liderliyinizlə Türk Hava Yollarında inqilab baş verdi. Çox böyük və səmərəli hava limanı gördük. Həmçinin neft, enerji, rəqəmsal inkişaf və təbii fəlakətlərin aradan qaldırılması sahələrində əməkdaşlıq olacaq. Son dərəcə qətiyyətli və güclüsünüz. Özünüzü aydın ifadə edirsiniz. Siz dünyada ədalət və sülh istədiyinizi deyən aydın lidersiniz”.