Qvatemalada üç günlük matəm elan edildi Dünya

Qvatemalada üç günlük matəm elan edildi

Mərkəzi Amerika ölkəsi Qvatemalada sərnişin avtobusu körpüdən dərəyə düşüb.

Bölgə bələdiyyəsinin yanğınsöndürmə idarəsindən bildirilib ki, San Aqustin Acasaguastlan qəsəbəsindən yola çıxan avtobus Qvatemala şəhərindəki Beliz körpüsündən vadiyə yuvarlanıb.

Çalışmalardan sonra 51 nəfərin cəsədinin avtobusdan çıxarıldığı açıqlanıb.

Mətbuatda yer alan məlumata görə, avtobusda 75 nəfərin olduğu təxmin edilir.

Qvatemala Prezidenti Bernardo Arevalo hadisə ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.