Əfqanıstanda kamikadze hücum nəticəsində 5 nəfər ölüb, 7 yaralı var Dünya

Əfqanıstanda kamikadze hücum nəticəsində 5 nəfər ölüb, 7 yaralı var

Əfqanıstanın şimalındakı Kunduz əyalətində banklardan birinin qarşısında kamikadze hücum olub.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Partlayış nəticəsində Taliban təhlükəsizlik qüvvələrinin üzvləri də daxil olmaqla 5 nəfər ölüb. 7 nəfər yaralanıb.

Məlumata görə, hücum maaşlarını bankdan götürən Taliban üzvlərini hədəf alıb.