FETÖ-nün KPSS iş yerlərinə yönəlik istintaqda 6 həbs qərarı çıxarılıb Dünya

FETÖ-nün KPSS iş yerlərinə yönəlik istintaqda 6 həbs qərarı çıxarılıb

Ankara Respublika Baş Prokurorluğundan verilən açıqlamaya görə, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən FETÖ-nün KPSS iş evlərində qaldıqları və təşkilatın gizli xəbərləşmə tətbiqi ByLock-dan istifadə etdikləri təsbit edilən 5-i fəal dövlət işçisi olan 6 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” Xəbər Agentliyi məlumat paylaşıb.

Məlumatda qeyd edilir ki, Ankara Təhlükəsizlik Müdirliyi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları Ankara mərkəzli 4 bölgədə şübhəlinin tutulması üçün işlərini davam etdirir.