![Rusiya XİN-dən bağlanan Rus Evi ilə bağlı məlumat...](https://xalqcebhesi.az/media/2025/02/11/225x136/baki-rus-evi.jpg)
![Rusiya XİN-dən bağlanan Rus Evi ilə bağlı məlumat...](https://xalqcebhesi.az/media/2025/02/11/225x136/baki-rus-evi.jpg)
Gürcü milyarder Badri Patarkatsişvilinin qızı İya və onun əri Yevgeni Qunyak Londonda aldıqları malikəni güvə basdığı üçün satıcını məhkəməyə verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.
“Evə köçdükdən bir neçə gün sonra cütlük əşyalarını və şərablarını risk altına alan yoluxma əlamətlərini görüb. Onlar evin satıcısı Uilyam Vudvord-Fişeri məhkəməyə verib, satışı ləğv etdirmək istəyib. Satıcı evin güvəyə yoluxduğunu əvvəlcədən bilsə də, satışın baş tutmayacağından qorxaraq, bu abrədə alıcılara məlumat verməyib”, - məlumatda bildirilib.
Vəkilin sözlərinə görə, cütlük gündə yüzə yaxın həşərat məhv edib. London Ali Məhkəməsi 32 milyon funt-sterlinqlik müqavilənin ləğv edilməsi və cütlüyə təzminat ödənilməsi barədə qərar çıxarıb.