Kaliforniyanı yanğından sonra növbəti fəlakət gözləyir Dünya

Kaliforniyanı yanğından sonra növbəti fəlakət gözləyir

Cənubi Kaliforniyada mövsümün ən güclü leysanı müşahidə olunacaq və bu, Los-Ancelesdə daşqın və sürüşmə riskini artıracaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Milli Meteorologiya Xidmətinin məlumatında deyilir.

Xidmət bölgə üzrə təxminən 8 santimetr yağıntının düşəcəyini vurğulayıb. Yanvar ayında baş verən meşə yanğınlarından sonra bölgədə daşqınlara nəzarət postları yerləşdirilib.

Kaliforniyanın Oknard şəhərindəki hava xidmətinin hidroloqu Laberin sözlərinə görə, fırtına yaxınlaşdıqca, əyalət əvvəlki leysanlara nisbətən daha həssas və daha çox risk altında olacaq.

O əlavə edib ki, yanğınlar torpağın səthini dəyişdiyindən torpaq sürüşmə və sel sularına daha həssas olub. Laber İton və Palisades bölgələrinin xüsusilə risk altında olduğunu bildirir.