![44 günlük savaşda ermənilərin vurduğu ziyanın həcmi...](https://xalqcebhesi.az/media/2025/02/11/225x136/gence-fhn.jpg)
44 günlük savaşda ermənilərin vurduğu ziyanın həcmi...
11 Fevral 23:12
11 Fevral 23:12
11 Fevral 22:17
11 Fevral 20:03
11 Fevral 19:33
Yunanıstanın milli müdafiə naziri Nikos Dendias “S-300” zenit-raket komplekslərinin Ermənistana təhvil verilməsi planları ilə bağlı yayılan xəbərləri təkzib edib.
Xalqcebhesi.az xəbər verir ki, Dendias bu barədə “Yunan Həlli” partiyasının lideri Kiriakos Velopulosun hələ 2024-cü il dekabrın ortalarında ünvanladığı sorğuya cavabında deyib.
Sorğuda bildirilir ki, Yunanıstan Müdafiə Nazirliyi S-300 də daxil olmaqla Rusiyanın zenit sistemlərini sıradan çıxarmaq və onları İsrail və ya başqa ölkədə istehsal olunan yeniləri ilə əvəz etmək niyyətinin olması barədə mediada məlumatlar yayılıb. Belə ki, bundan sonra Fransa və digər tərəfdaşlarla geniş strateji əməkdaşlıq çərçivəsində hava hücumundan müdafiə vasitələrinin Ermənistana verilməsi planlaşdırılır.
"Müvafiq suala cavab olaraq bildirirəm ki, zenit silah sistemlərinin üçüncü ölkələrə verilməsi ilə bağlı heç bir qərar verilməyib. Hər halda, Milli Müdafiə Nazirliyinin siyasətində əsas meyar Yunanıstan ərazisinin istənilən nöqtəsində ölkənin müdafiə qabiliyyətini tam şəkildə saxlamaqdır", - Yunanıstan naziri cavabında bildirib.
Xatırladaq ki, bir müddət əvvəl “enikos.gr” portalı Yunanıstanın Ermənistana S-300, TOR-M1 və Osa-AKM zenit-raket komplekslərini təhvil verəcəyini bildirmişdi.