AB ilə birgə gömrük nəzarətinə hazırlaşırıq - Şmıqal Dünya

AB ilə birgə gömrük nəzarətinə hazırlaşırıq - Şmıqal

Ukrayna Avropa Birliyi ilə sərhədlərdə birgə gömrük və sərhəd nəzarətinin həyata keçirilməsinə hazırlaşır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.

Onun sözlərinə görə, artıq 2025-ci ildə Ukrayna-Polşa sərhədində pilot layihəyə başlanılması planlaşdırılır.

“Bu il Ukrayna-Polşa sərhədində pilot layihənin başlanmasına ümid edirik”, - Şmıqal qeyd edib.

Şmıqal vurğulayıb ki, hazırda Avropa Komissiyası ilə müvafiq sazişin razılaşdırılması üzərində işlər gedir. Vurğulanıb ki, sərhədə birgə nəzarət insanlar və biznes üçün vaxta əhəmiyyətli dərəcədə qənaət imkanı verəcək və Ukraynanı Avropa Birliyinə daha da yaxınlaşdıracaq.