![Dövlət başçısı: Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/67ac3c6c9183a67ac3c6c9183b173934090867ac3c6c9183867ac3c6c91839.jpg)
![Dövlət başçısı: Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/67ac3c6c9183a67ac3c6c9183b173934090867ac3c6c9183867ac3c6c91839.jpg)
ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin həlli variantlarını araşdırır, lakin hələlik dəqiq plan yoxdur.
APA xəbər verir ki, bu barədə Avropa rəsmisinə istinadən “Fox News” məlumat yayıb.
“Bütün variantlar nəzərdən keçirilir. Hələ də sanksiyaların sərtləşdirilməsi üçün çoxlu imkanlar var”, - mənbə nəşrə bildirib.
O, həmçinin qeyd edib ki, Tramp, səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatan Ukrayna lideri Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar çətin keçəcək.
Telekanalın mənbəsinin sözlərinə görə, Vaşinqtonun konkret fəaliyyət planı yoxdur. ABŞ hakimiyyəti müttəfiqlərinin təkliflərini öyrənir və onların narahatlıqlarını dinləyir.