![Dövlət başçısı: Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/67ac3c6c9183a67ac3c6c9183b173934090867ac3c6c9183867ac3c6c91839.jpg)
![Dövlət başçısı: Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər](https://xalqcebhesi.az/media/2025/02/12/225x136/67ac3c6c9183a67ac3c6c9183b173934090867ac3c6c9183867ac3c6c91839.jpg)
İzmir Baş Prokurorluğu “Hücrə-11" əməliyyatı təşkil edib, 23 nəfər şübhəli saxlanılıb.
APA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya "X" hesabında məlumat yayıb.
Nazir bildirib ki, şübhəlilər zərərçəkmişlərdən zorla çek və veksellərini ələ keçiriblər, əmlaklarını girov yolu ilə ələ keçiriblər, onlara təzyiq göstəriblər. Bu yolla, təxminən, 30 milyon lirə qazanıblar.
"Mütəşəkkil cinayət qrupları ilə yanaşı, sələmçilərə gözlərini açmasına icazə verməyəcəyik. Ölkəmizin hər yerində qətiyyətlə həyata keçirdiyimiz əməliyyatlarımız davam edəcək", - deyə A. Yerlikaya paylaşımında bildirib.