"Putin Ukraynadakı münaqişəni həll etmək istəyir" Dünya

"Putin Ukraynadakı münaqişəni həll etmək istəyir"

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişəni həll etmək istəyinə əmin olduğunu bildirib.

"Mən böyük əminliklə deyə bilərəm ki, Putin Ukrayna münaqişəsinin bitməsini istəyir”, - deyə Tramp ABŞ Milli Kəşfiyyatının yeni direktoru kimi Tulsi Qabbard and içdikdən sonra Ağ Evdə jurnalistlərə bildirib: “O, bunun bitməsini və altı ay sonra döyüşlərin yenidən başlamasını istəmir”, – Amerika lideri əlavə edib.

"Biz çalışacağıq ki, buna tez bir zamanda son qoyaq. Bu, dəhşətli vəziyyətdir”, - deyə Tramp vurğulayıb.

Cavid