![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
![“Bu, tamamilə yeni üfüqlər yaradır”](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/476329611_1423735718587706_1084446152334295282_n.jpg)
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı barədə ABŞ-ın Avropadakı əsas müttəfiqlərinə əvvəlcədən məlumat verilməyib.
Bu barədə Bloomberg iki avropalı məmura istinadən yazır.
Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, Aİ rəsmiləri gözlənilən söhbətlə bağlı əvvəlcədən heç bir xəbərdarlıq almayıblar.
Məqalədə deyilir: “Avropa rəsmiləri Trampın Putinlə zəngi qarşısında məəttəl qaldılar, bu, əsas müttəfiqlərin xəbərdar edilmədiyi mühüm diplomatik addımdır”.
Avropa İttifaqı hesab edir ki, onlar və Kiyev bu danışıqların bir hissəsi olmalıdır. Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas deyib ki, “Avropa istənilən danışıqlarda mərkəzi rol oynamalıdır”.
Cavid