KİV: HAMAS İsraillə atəşkəsin qüvvədə qalması məsələsində razılığa gəlib Dünya

KİV: HAMAS İsraillə atəşkəsin qüvvədə qalması məsələsində razılığa gəlib

Fələstinin HAMAS hərəkatı Misirdən olan vasitəçilərlə danışıqlarda İsraillə Qəzzada atəşkəs haqqında razılaşmanın qüvvədə qalması ilə bağlı konsensus əldə edib.

APA xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri yazıb.

Bunun müqabilində əraziyə humanitar yardım və yanacağın idxalına icazə veriləcək.

Qeyd edək ki, fevralın 10-da HAMAS-ın təmsilçiləri həmin ayın 15-də evlərinə qayıdacaq fələstinli girovların azadlığa buraxılması məsələsinin təxirə salındığını açıqlayıb. Buna səbəb kimi İsrail tərəfinin əldə olunan razılaşmaları pozduğu və bölgəyə humanitar yardımların vaxtında çatdırılmadığı göstərilib.

Fevralın 11-də İsraillin Baş naziri Benyamin Netanyahu Qəzzada intensiv hərbi əməliyyatların bərpa oluna biləcəyini istisna etməyib. Bundan 4 gün sonra isə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman al-Tani bildirib ki, tərəflər girovların azad edilməsi və atəşkəs barədə razılığa gəlib. Sənəddə razılaşmanın 42 gün davam edəcək birinci mərhələsində HAMAS-ın 33 İsrailli girovu rəsmi Təl-Əvivin saxladığı fələstinlilərlə mübadiləsini həyata keçirəcəyini açıqlayıb. Bu əsnada sonuncu mübadiləsi fevralın 8-də baş tutub.