ABŞ müdafiə naziri: Trampın Putin və Zelenski ilə danışıqları sülhə gətirib çıxaracaq Dünya

ABŞ müdafiə naziri: Trampın Putin və Zelenski ilə danışıqları sülhə gətirib çıxaracaq

Prezident Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışması qitədə sülhün təmin olunmasına gətirib çıxaracaq.

APA xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset jurnalistlərə açıqlamasında bildirib.

“Dünyada tərəfləri bir araya gətirərək sülhü təmin etmək qabiliyyətinə malik tək bir şəxs var: o da Prezident Donald Trampdır. O, bunu dünən həm Rusiya, həm də Ukrayna prezidentləri ilə danışaraq göstərdi və biz inanırıq ki, bu, qitədə davamlı və uzunmüddətli bir sülhün təmin olunmasına gətirib çıxaracaq", - Heqset qeyd edib.

Müdafiə nazirinin sözlərinə görə, Trampın məqsədi sülhü gətirməkdir, bu da Avropanın və ABŞ-nin maraqlarına uyğundur.