Putin və Tramp köməkçilərinə tapşırıq verdi: Dərhal... Dünya

Putin və Tramp köməkçilərinə tapşırıq verdi: Dərhal...

Ötən gün Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı öz köməkçilərinə iki ölkə liderləri arasında görüş üçün hazırlıqlara dərhal başlaması ilə bağlı göstəriş vermək barədə razılığa gəliblər.

Xalqcebhesi.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Dövlət başçıları dünən telefon danışığı zamanı razılığa gəliblər ki, onlar özləri təmasları davam etdirəcəklər. Bundan başqa, müvafiq işə başlamaları üçün dərhal köməkçilərə müvafiq tapşırıqlar veriləcəyi barədə razılığa gəliblər”, - Peskov bildirib.