AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə - FOTO - VİDEO
13 Fevral 21:10
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Harry S.Truman” təyyarədaşıyan gəmisi Misir sahillərində ticarət gəmisi ilə toqquşub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Breaking Defence” portalı məlumat yayıb.
"Toqquşma "Harry S.Truman" (CVN-75) üçün təhlükə yaratmayıb, belə ki, subasma və ya xəsarət alanlar barədə məlumat yoxdur. Gəminin mühərrikləri zədələnməyib, təhlükəsiz və stabil vəziyyətdədir. Hadisə ilə bağlı araşdırma aparılır. Əlavə məlumat əldə olunduqca veriləcək", - Hərbi Dəniz Qüvvələrinin sözçüsü Timoti Qorman bildirib.
Qeyd edək ki, hadisə fevralın 12-də Port-Səid ərazisində baş verib.