![AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə - FOTO - VİDEO](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/67ae1405d5ce467ae1405d5ce5173946163767ae1405d5ce267ae1405d5ce3.jpg)
AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə - FOTO - VİDEO
13 Fevral 21:10
13 Fevral 21:10
13 Fevral 19:11
13 Fevral 13:56
ABŞ Ukraynanın NATO-ya üzvlüyünü inkar etmək və ölkənin bəzi ərazilərindən imtina etməli olacağı ilə razılaşaraq sülh danışıqları ərəfəsində Rusiyaya güzəştə getməməli idi.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ və Rusiya liderləri Tramp və Putin arasında baş tutan telefon danışığından sonra birincinin açıqlamalarını şərh edərkən deyib.
Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısında iştirak edən Pistorius Trampın Putinlə danışıqlara hazır olduğu barədə açıqlamasından məyus olduğunu bildirib:
“Məncə, danışıqlar masası arxasında Ukraynanın NATO-ya mümkün üzvlüyü və ya mümkün ərazi itkiləri barədə danışmaq daha yaxşı olardı”.
Onun mövqeyini fransalı həmkarı Sebastyan Lekornu dəstəkləyib və o, Trampın üstünlük verdiyi “güc vasitəsilə sülh” ifadəsindən çox “zəiflik vasitəsilə sülh”ə qarşı xəbərdarlıq edib.