![AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə - FOTO - VİDEO](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/67ae1405d5ce467ae1405d5ce5173946163767ae1405d5ce267ae1405d5ce3.jpg)
AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə - FOTO - VİDEO
13 Fevral 21:10
13 Fevral 21:10
13 Fevral 19:11
13 Fevral 13:56
Kiyev Ukraynada ümumilikdə 100 min nəfərə qədər Qərb hərbi kontingentinin yerləşdirilməsi xəritəsini hazırlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.
O bildirib ki, bu planı fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında müzakirə etməyi planlaşdırır.
Ukraynanın Qərb tərəfdaşlarından ala biləcəyi təhlükəsizlik zəmanətlərini müzakirə edən Zelenski NATO-ya qoşulmaq, əlavə silahlar, raketlər və nüvə silahları da daxil olmaqla, müxtəlif variantları sadalayıb. O, bir gün əvvəl Britaniyanın “Ekonomist” jurnalına verdiyi müsahibədə səsləndirdiyi “öz NATO-muzu” yaratmaq variantını da xatırladıb.