![AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə - FOTO - VİDEO](https://xalqcebhesi.az/media/2025/02/13/225x136/67ae1405d5ce467ae1405d5ce5173946163767ae1405d5ce267ae1405d5ce3.jpg)
AB "missiyası" bu dəfə Qubadlı ilə sərhəddə - FOTO - VİDEO
13 Fevral 21:10
13 Fevral 21:10
13 Fevral 19:11
13 Fevral 13:56
Yaponiyanın Özünümüdafiə Qüvvələri və ABŞ Silahlı Qüvvələri fevralın 24-dən 27-dək raket və hava hücumundan müdafiə üzrə birgə təlimlər keçirəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yaponiyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
“Təlimlərin məqsədi regionda sülh və sabitliyə fəal töhfə vermək üçün Yaponiya və ABŞ arasında etibarlı raketdən müdafiə şəbəkəsinin yaradılması üçün taktiki bacarıqları təkmilləşdirmək, əməkdaşlığı gücləndirmək və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır”, - məlumatda deyilir.
Qeyd olunur ki, Yaponiyada baş tutacaq təlimlər, həmçinin ballistik raket zərbələrinə qarşı imitasiya və birgə hava hücumundan müdafiə əməliyyatlarını əhatə edəcək.