İstanbulda torpaq sürüşməsi nəticəsində iki bina boşaldılıb Dünya

İstanbulda torpaq sürüşməsi nəticəsində iki bina boşaldılıb

İstanbulun Üsküdar bölgəsində naməlum səbəbdən iki binanın bağçasında torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində yaranan səs-küy səbəbilə bina sakinləri çölə çıxıb.

Bölgəyə polis, xilasetmə, AFAD və bələdiyyə polis qrupları gəlib.

AFAD qruplarının yoxlamalarından sonra iki bina ehtiyat tədbiri olaraq tamamilə boşaldılıb və bələdiyyə polis qrupları tərəfindən möhürlənib. 9 mənzil və 3 iş yeri təxliyə olunaraq möhürlənib.