Kennedi ABŞ səhiyyəsini düzəldəcəyinə söz verib Dünya

Kennedi ABŞ səhiyyəsini düzəldəcəyinə söz verib

ABŞ vətəndaşları dünyada ən yüksək yoluxma nisbətinə malikdirlər.

Bu barədə Fox News-da Səhiyyə və İnsan Xidmətləri Departamentinin rəhbəri vəzifəsini bu yaxınlarda icra edən Robert Kennedi deyib.

Onun sözlərinə görə, ABŞ dünyadakı bütün dərmanların 70 faizini alır. “Biz digər ölkələrlə müqayisədə səhiyyəyə iki-üç dəfə çox pul xərcləyirik, lakin bizdə ən pis göstəricilər var”, - deyə RİA Novosti Kennedidən sitat gətirir.

O, rəhbərlik edəcəyi qurumların diqqətini sağlam həyat tərzinin təbliğinə yönəltməyə çalışacağına söz verib. O, həmçinin qeyd edib ki, genişmiqyaslı “Amerikanı yenidən sağlam et” kampaniyası zamanı pəhriz tövsiyələrinə yenidən baxılacaq, xroniki xəstəliklərin əsas səbəbləri öyrəniləcək və yüksək emal olunmuş qidalara diqqət yetiriləcək.

Bu arada, qeyri-kommersiya Birlik Fondunun 2024-cü il hesabatına görə, ABŞ-ın səhiyyə sistemi, səhiyyə xərclərinin ən yüksək - ÜDM-in təxminən 18 faizini təşkil etməsinə baxmayaraq, on inkişaf etmiş ölkə arasında sonuncu yeri tutur.

Cavid