Rusların təkcə Kurskda itkisi 48 min nəfərdir - Sırski Dünya

Rusların təkcə Kurskda itkisi 48 min nəfərdir - Sırski

Kursk vilayətində düşmənin (Rusiya ordusu – red.) itkisi 48 min nəfərdir ki, onlardan da təxminən 20 mini öldürülüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski desant-hücum briqadasının hərbçilərini mükafatlandırarkən deyib.

O bildirib ki, məhz hücum briqadasının hərbçilərinin sayəsində Ukrayna təcavüzkar dövlətin yüzlərlə kvadrat kilometr ərazisini ələ keçirib.