![Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi](https://xalqcebhesi.az/media/2025/02/15/225x136/leyla-aliyeva-110314.jpg)
Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi
15 Fevral 22:03
15 Fevral 22:03
15 Fevral 20:03
15 Fevral 18:46
Ermənistanın anti-Rusiya addımlarının çox ağır nəticələri olacaq.
Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni jurnalist Şuşan Danielyan deyib.
“Bütün dünya ABŞ və Rusiya arasındakı qlobal oyun nəticəsində hansı dəyişikliklərin baş verəcəyini nəfəsini tutub gözləyərkən, Ermənistan hakimiyyəti fədakarcasına anti-Rusiya oyununa əl atıb. Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan fevralın 12-13-də Ukraynanın paytaxtında ATƏT PA-nın iclasın qatılıb. Həmçinin o, müharibənin nəticələri ilə tanış olmaq və həlak olanların xatirəsini ehtiramla yad etmək üçün ATƏT PA üzvləri ilə birlikdə Buçada olub. Xüsusilə Buçaya səfər Rusiya üçün son dərəcə həssas məsələdir. Rusiya həmişə başqa dövlətlərin nümayəndələrinin Buçaya səfərlərini pisləyib”, - jurnalist vurğulayıb.
Danielyan qeyd edib ki, bunu nəzərə alaraq, Xandanyan Ermənistan-Rusiya münasibətlərini yenidən qəsdən pisləşdirmək əvəzinə diplomatik yolla səfərdən imtina edə bilərdi:
“Bu, mümkün olmasaydı, heç olmasa bu barədə rəsmi açıqlamalar verilməzdi. Əvəzində Ermənistan hakimiyyəti növbəti dəfə anti-Rusiya siyasətini göstərməyə üstünlük verdi. Bunun Ermənistan üçün hansı ağır nəticələrə səbəb olacağını mənasızdır”.
Jurnalist Moskvanın Buça məsələsini Ermənistana bağışlamayacağını söyləyib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi gedişində Buça şəhərində dinc sakinlər öldürülüb. Ukrayna, Polşa, Latviya və Estoniya bu olayları soyqırımı kimi tanıyıb. Ukrayna məsələ ilə əlaqədar beynəlxalq məhkəməyə müraciət edib. Rusiya ittihamlarla razılaşmır.