Kalından sülh açıqlaması: Rusiya-Ukrayna müharibəsi... Dünya

Kalından sülh açıqlaması: Rusiya-Ukrayna müharibəsi...

Türkiyə yerləşdiyi coğrafiyaya görə həm Yaxın Şərqdəki proseslərdən, həm də Rusiya-Ukrayna müharibəsindən birbaşa təsirlənir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyə Milli İstehbarat (MİT) rəhbəri İbrahim Kalın Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Dünya iqtisadiyyatının nizama düşməsi üçün sülh olmalıdır. Bu çərçivədə Rusiya ilə Ukrayna arasındakı müharibənin danışıqlar yolu ilə həll edilməsinə ehtiyac var”, - Kalın bildirib.