1088-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi Dünya

1088-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1088-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 653 təyyarəsi, 283 helikopteri, 43 472 PUA-sı, 594 zenit-raket kompleksi, 21 464 tank və digər zirehli texnikası, 1 517 reaktiv yaylım atəş sistemi, 21 743 artilleriya və minaatanı, 31 700 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.