Türkiyədə mikroavtobus aşdı: 25 yaralı var... Dünya

Türkiyədə mikroavtobus aşdı: 25 yaralı var...

Türkiyənin Təkirdağ şəhərinin Muradlı rayonunda fabrika işçilərini daşıyan xidməti mikroavtobus aşıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Məlumata görə, qəza Muradlı-Böyükqarışdıran şosesində kimya zavodu yaxınlığında baş verib. Zavod işçilərini daşıyan sərnişin mikroavtobusu yağışlar səbəbindən sürüşkən olan yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və avtobusdakı 24 işçi yaralanıb.

Bildirilib ki, məlumat əsasında hadisə yerinə altı təcili yardım və iki yanğınsöndürən maşını göndərilib.