
ABŞ və Rusiya 5 saata 5 razılıq əldə etdi - Detallar
18 Fevral 21:34
18 Fevral 21:34
18 Fevral 21:31
18 Fevral 20:53
18 Fevral 17:13
İsveçin Uppsala şəhərində yüzdən çox avtomobilin iştirakı ilə iki böyük yol-nəqliyyat hadisəsi baş verib.
Xalqcebhesi.az xəbər verir ki, qəzalar nəticəsində çox sayda insan xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.
İlk toqquşma bir neçə avtomobilin iştirakı ilə səhər saatlarında baş verib. Bu qəzada 20-dən çox zərərçəkən Uppsala Akademik Xəstəxanasına çatdırılıb, lakin ciddi xəsarətlər barədə məlumat verilməyib.
Daha sonra 95 avtomobilin iştirakı ilə böyük qəza baş verib. Hadisə yerinə təcili yardım xidmətləri, o cümlədən tibbi helikopterlər gəlib.
Polis Departamentinin sözçüsü Stefan Larsson deyib: “Bu, dəhşətli mənzərədir. Əzilmiş maşınlar səpələnmiş çubuqlar kimi ətrafa səpələnib”.
Bölgədə böhran qərargahı da yaradılıb.