Ermənistan ehtiyatda olan hərbçiləri toplayır Dünya

Ermənistan ehtiyatda olan hərbçiləri toplayır

Ermənistan hökuməti 2025-ci il aprelin 15-dən iyulun 15-dək ehtiyatda olan hərbi qulluqçuların hərbi vərdişlərinin təkmilləşdirilməsi, onların yenidən hazırlanması və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədi ilə təlim-məşq toplanışlarını keçirməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, təlimlər sıravi, gizir, ehtiyatda olan birinci və ikinci rütbələrdə olan zabitlər üçün keçiriləcək.